Menu

Gülənə görə Gül-Davudoğlu mübahisəsi

05.05.2015, 20:41
Gülənə görə Gül-Davudoğlu mübahisəsi

Türkiyənin baş naziri Əhməd Davudoğlu və sabiq prezident Abdulla Gül arasında başlanan mübahisənin konfliktə çevrildiyi bildirilir. Musavat.com xəbər verir ki, “Oda TV” telekanalının məlumatına görə, bir neçə gün öncə bəlli olub ki, Davudoğlu xarici işlər naziri odluğu vaxt ABŞ-da yaşayan, AKP iqtidarının düşməni sayılan Fətulla Gülənlə görüşüb.

Lakin eks-xarici işlər naziri görüş haqda ozamankı prezident Abduilla Gül və baş nazir Ərdoğönın məlumatlı olduğunu söyləsə də, Gül bunu təkzib edir və təmas haqda bilgisiz olduğunu deyib.

Hazırkı baş nazir təkrarən Abdulla Gülün görüşdən xəbərdar olduğunu bildirməsi keçmiş prezidenti hövsələdən çıxarıb. Sabiq prezident bir daha vurğulayıb ki, Əhməd Davudoğlu onu vaxtında məlumatlandırmayıb, biləndən sonra isə çox narahat olub və “bütün bunları da unutmaq mümkün deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol