Menu

Fransa «bulanıq suda balıq tutur...»

06.05.2015, 22:13
Fransa «bulanıq suda balıq tutur...»

Fransanın prezidenti Fransua Olland bəyan edib ki, 2012-ci ildə embarqoya məhəl qoymadan, Suriya üsyançılarına silah satmaq barədə tapşırıq verib. Bu barədə xəbəri Zee News nəşri xəbər yayıb.

Olland, bu barədə «Fransa diplomatiyasının dəhlizlərində» adlı kitabı üçün ondan müsahibə götürən jurnalist Ksave Panona danışıb (Lenta.ru).

Həmin müsahibədə prezident deyib: «Biz (silah satmağa - qeyd «Lenta.ru»ya məxsusdur) o zaman başladıq ki, onun son nəticədə etibarlı əllərə düşəcəyinə əmin olduq. Letal silahların göndərilməsi ilə bizim xidmətlər məşğul olurdular...»

Jurnalistin məlumatına görə, burada söhbət 2012-ci ildə üsyançılara göndərilən artilleriya sistemlərindən, pulemyotlardan, minaatanlardan və «PTURS»lardan (Tank əleyhinə idarə olunan reaktiv mərmilər) gedir. Həmin dövrdə Avropa İttifaqının Suriyaya silah satışına qoyduğu embarqo qüvvədə idi. Amma bu vaxta qədər Fransa Suriya üsyançılarına yalnız letal sayılmayan vasitələrin (zirehli jilet, gecə görmə cihazları və s.) satıldığını etiraf edirdi.

Bundan başqa Panonun mayın axırlarında satışa çıxarılacağı gözlənilən kitabında 2013-cü ildə Suriyadakı obyektlərə ABŞ-la birgə endiriləcək hava zərbələrini nəzərdə tutan planlarından da danışılır. Deyilir ki, zərbə endiriləcək obyektlərdən biri də Suriya hərbi kəşfiyyatının mənzil-qərargahı idi. Fransanın iddiasına görə, sözügedən qurum həmin dövrdə Suriyada kimyəvi silahdan istifadə məsələsində cavabdehlik daşıyır.

Beləliklə, Olland hökuməti «Suriyada siyasi ab-havanı dəyişdirmək və Dəməşqi dəstəkləyən Rusiyada vəziyyəti gərginləşdirmək planları qurmuşdu ki, Rusiya rəhbərliyi Suriya məsələsinə yönəlik mövqeyini dəyişsin».

Xatırldadırıq ki, Suriyada müharibə artıq 5-ci ildir ki, davam edir. 220 mindən artıq dinc sakin münaqişənin qurbanı olub, milyonlarla suriyalı müharibənin dəhşətlərindən qurtulmaq üçün qonşu ölkələrə qaçmaq zorunda qalıb. Hal-hazırda üsyançılar guya Bəşər Əsəd rejiminə qarşı mübarizəni davam etdirilər.

Bundan başqa, ölkədə üç böyük qruplaşma («İslam dövləti», Azad Suriya ordusu və «İslam cəbhəsi») strateji məntəqələri ələ keçirmək uğrunda bir-biri ilə müharibə aparır.

İbrətamizdir ki, tərəflərin hamısı əldə fransız, amerikan və s. silahı döyüşür, bir-birinə divan tutur. Fransa kimi məkrli dövlətlər isə «bulanlıq suda balıq tutur...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol