Menu

Daha bir ölkə "erməni soyqırımı"nı tanıdı

07.05.2015, 12:17
Daha bir ölkə "erməni soyqırımı"nı tanıdı

Lüksemburq parlamenti qondarma erməni soyqırımını tanıyıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, ölkə parlamenti “erməni soyqırımı”nın tanınmasını əks etdirən qanun layihəsini təsdiqləyib.

Lüksemburq parlamenti Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğana və baş nazir Əhməd Davudoğluna Osmanlı ermənilərinə xitabən verdikləri başsağlığı mesajına görə təşəkkür edib.

Qeyd edək ki, Lüksemburq qondarma erməni soyqırımını tanıyan 22-ci ölkə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol