Menu

İran gəmini azad etdi

07.05.2015, 17:42
İran gəmini azad etdi

Tehran Danimarkaya məxsus yük gəmisni borca görə saxlamışdı

Bu il aprelin sonunda Hörmüz boğazında İranın patrul gəmiləri tərəfindən saxlanılan Danimarkaya məxsus "Maersk Tigris" yük gəmisi buraxılıb. Anspress-in məlumatına görə, bu barədə İranın dövlət mətbuatı yazıb.

Bildirilir ki, Marşal adalarının bayrağını daşıyan gəminin 24 nəfərlik heyəti də azad olunub. Gəmi aprelin 28-də Danimarkanın Maersk gəmiçilik şirkətinin İran özəl şirkətinə borcuna görə saxlanıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxam deyib ki, hazırda tərəflər arasında danışıqlar aparılır və məsələ həll olunmaq üzrədir.

Xatırladaq ki, İranın rəsmi nümayəndələri açıqlama vermişdilər ki, "Maersk Tigris" və heyət illərlə yığılmış borc ödənildikdən sonra buraxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol