Menu

"Arsenal" əfsanəsi Tony Adams toyda "Nənəm sizə elçi gəlir" oynayır - VİDEO

07.05.2015, 18:25
"Arsenal" əfsanəsi Tony Adams toyda "Nənəm sizə elçi gəlir" oynayır - VİDEO

Britaniya qəzeti "Arsenal" futbol klubunun əfsanəsi Tony Adamsın Azərbaycan toyunda rəqsindən yazıb.

Britaniyanın "Daily Mirror" qəzeti yazır ki, «bir vaxtlar Tony Adams əllərini yalnız bir halda yuxarı qaldırardı: oyundan kənar vəziyyəti göstərmək üçün».

«Amma bu videodan göründüyü kimi, indi o Azərbaycan toyunda heç nəyə məhəl qoymadan əl-qolunu atır» – yazır «Mirror».

Xəbərdə deyilir ki, keçmiş İngiltərə millisi müdafiəçisinin rəqsinə hər bir ingilis qibtə edə bilər.

«Bəs o Azərbaycanda nə edir? – deyə soruşur qəzet və özü də cavab verir – Gözəl sualdır. O hazırda Azərbaycanın yüksək liqasında oynayan «Qəbələ» klubunun idman direktorudur. O 2010-cu ildə Qəbələyə artıq bir il menecerlik edib, indi təkrar ora, vəzifəyə qayıdıb».

Tony Adamsa İngiltərədə ona görə «əfsanə» deyirlər ki, o, «Arsenal» futbol klubundakı 22 illik karyerası ərzində 669 dəfə meydançaya çıxıb.

Qəzet yazır ki, toydakı qonaqlardan biri Adamsı zürafəyə bənzədib.

«Amma çətini başlamaqdır, - deyib həmin qonaq, - Cənab Tony bir balaca məşq eləməlidir» – yazır «Mirror».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol