Suriyanın Suveyda əyaləti ərazisində yerləşən Bley hərbi hava limanına hücum edilib. SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, hərbi hava limanında bir təyyarənin vurulmağı nəticəsində hava gəmisinin göyərtəsində olan limanın komandiri general-mayor Nadim Cavad Qanim daxil olmaqla, 13 hərbçi həlak olub.
Bildirək ki, sözügedən limanda xeyli sayda silah-sursat olduğundan "əl-Qaidə" terror şəbəkəsinin Suriya qolu olan “ən-Nusra Cəbhəsi” və onunla müttəfiq qruplaşmalar bu obyektə intensiv hücumlar təşkil edir.


Şərhlər