Menu

"Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çətin olacaq" - Lukaşenko

08.05.2015, 19:40

lukas01"Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çox çətin olacaq. Bunu Gürcüstanın timsalında gördük". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

"Fikrimcə, Ukraynadakı dostlarımız bunu başa düşürlər. Hazırda Ukrayna tərəfi MDB-də fəaliyyətini de-fakto dayandırıb, ümumi büdcəyə vəsait ayırmır", - deyə o vurğulayıb.

A. Lukaşenko bildirib ki, MDB-də Ukrayna məsələsinə konstruktiv yanaşmaq lazımdır: "Ukrayna bizim üçün çox vacibdir. Biz bu məsələyə konstruktiv yanaşmalıyıq. Bu bayram günündə bu məsələni müzakirə etmək lazımdır. Qısa da olsa, Ukrayna məsələsinə toxunmalıyıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol