Menu

İlham Əliyev Moskvaya rəsmi səfərə gedib

08.05.2015, 20:20

Ilham Aliyev sefer 090512Azərbaycan prezidenti İlham Əliyev Moskvaya rəsmi səfərə gedib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın rəsmi şəxsləri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunan bayram tədbirlərində iştirak etmək üçün Rusiya paytaxtına gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol