Menu

Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib

09.05.2015, 09:01
Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib

Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, raketin sualtı qayıqdan atıldığı bildirilir.

Qeyd olunur ki, yeni raket bütün dəniz və sahil hədəflərini məhv etməyə qadirdir. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib. Raketin sınaqdan keçirilməsi Koreya Əmək Partiyasının 70-ci illiyinə həsr olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol