Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 manat (0,01 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,04812 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 27 aprel | 1,0499 | 4 may | 1,0483 |
| 28 aprel | 1,0498 | 5 may | 1,0485 |
| 29 aprel | 1,0494 | 6 may | 1,0481 |
| 30 aprel | 1,0487 | 7 may | 1,0475 |
| 1 may | 1,0482 | 8 may | 1,0482 |
| Həftə ərzində orta | 1,0492 | Həftə ərzində orta | 1,04812 |
Həftə ərzində Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0012 manat (0,102 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,17592 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi | |||
| 27 aprel | 1,1396 | 4 may | 1,173 |
| 28 aprel | 1,1419 | 5 may | 1,1676 |
| 29 aprel | 1,1510 | 6 may | 1,1767 |
| 30 aprel | 1,1644 | 7 may | 1,1881 |
| 1 may | 1,1749 | 8 may | 1,1742 |
| Həftə ərzində orta | 1,15436 | Həftə ərzində orta | 1,17592 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 11,465 manat (0,93 faiz) artıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1243,0996 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi | |||
| 27 aprel | 1242,0317 | 4 may | 1232,7484 |
| 28 aprel | 1259,7600 | 5 may | 1232,9836 |
| 29 aprel | 1268,7246 | 6 may | 1254,5757 |
| 30 aprel | 1267,8783 | 7 may | 1250,9769 |
| 1 may | 1237,1381 | 8 may | 1244,2134 |
| Həftə ərzində orta | 1255,10654 | Həftə ərzində orta | 1243,0996 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.


Şərhlər