Menu

Kəlbəcərli girovlarla bağlı məhkəmə şousu davam edir

09.05.2015, 12:57

dilqem sahbaz kelbecer girovQondarma DQR“-in “ali məhkəməsinin apelyasiya palatası” ötən ilin yayında girov götürülərək qanunsuz mühakimə edilmiş soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin “şikayəti”nə baxacaq. Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan bildirib.

“Məhkəmə” iclası mayın 27-ə təyin edilib.

Bundan öncə - martın 10-da “DQR”in saxta apelyasiya məhkəməsi soydaşlarımız haqda çıxarılmış hökmü qüvvədə saxlamışdı.

Xatırladaq ki, separatçı rejim Şahbaz Quliyevi 22 illiyə, Dilqəm Əsgərovu isə ömürlük həbs cəzasına məhkum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol