Menu

Brüs Li yenidən doğuldu -VİDEO

09.05.2015, 16:53
Brüs Li yenidən doğuldu -VİDEO

"Əfsanəvi Brüs Li yenidən doğulub". ANS PRESS-in məlumatına görə, YouTube video paylaşım saytına yerləşdirilən görüntüləri izləyənlərin ağlından bu fikir keçir.Videoda 5 yaşında çinli balaca oğlan arxa fonda televizorda göstərilən Brüs Linin hərəkətlərini eyni ustalıqla təkrarlayır.

Bu balaca oğlan artıq internetdə "Mini Brüs Li" kimi məşhurlaşıb. Video sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən paylaşılıb.

Xatırladaq ki, Brüs Li döyüş sənətləri üzrə məşhur usta və aktyorudur. 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Brüs Jun Fan Lidir. O, çəkildiyi filmlərlə Kunq Fun idman növünü bütün dünyada məşhur etdi. Brüs Li 20 iyul 1973-cü ildə dünyasını dəyişib və ölümü hələ də müzakirə mövzusudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol