Menu

Türkiyənin sabiq prezidenti vəfat etdi

10.05.2015, 09:05
Türkiyənin sabiq prezidenti vəfat etdi

Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən vəfat edib. ANS PRESS-in məlumatına görə, Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gələrək 7-ci prezidenti olmuş Kənan Evrən dünyasını dəyişib. Bu barədə yerli mətbuat xəbər yayıb.

Xəbərdə bildirilir ki, 98 yaşlı sabiq prezident müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında mayın 9-da əbədi olaraq gözlərini yumub.

Qeyd edək ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol