Menu

“ABŞ Avropa dövlətlərini şantaj edir” – Rusiya rəsmisi

10.05.2015, 20:31
“ABŞ Avropa dövlətlərini şantaj edir” – Rusiya rəsmisi

Rusiya Dövlət Dumasının beynəlxalq komitəsinin sədri Aleksey Puşkov hesab edir ki, ABŞ Avropa dövlətlərini şantaj edir. Müsavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə, komitə sədri qitə dövlətlərinin Moskvaya 9 may qələbə tədbirlərinə qatılmaqdan imtina eləməsini məhz Vaşinqtonun onlara təzyiq eləməsi ilə izah edib. Bu barədə o, özünün titter səhifəsində yazıb.

“Obama administrasiyası bir sıra Avropa dövlətlərinə onların liderlərinin 9 mayda Moskvada olmaması üçün sərt təzyiqlər göstərib. Amerikanın dəst-xətti elə budur. Yerdə qalanlar - ritorikadır” – yazıb Puşkov.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol