Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) heyvanların adı olan xəstəliklərin adlarından imtina etməyi təklif edib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təşkilat hesab edir ki, donuz qripi, quş qripi, meymun çiçəyi və digər bu kimi xəstəlik adları heyvanlar üçün təhqiredicidir və üstəlik, onlara münasibətdə izafi zorakılıqlara səbəb ola bilər.
ÜST həmçinin, bir sıra xəstəliklərin konkret şəhərlərin adları ilə adlanmasından da narahatdır. Nümunə kimi ispan qripi göstərilir. Mütəxəssislərin fikrincə, belə hallar turizmin inkişafına mənfi təsir edir.


Şərhlər