Menu

Ordumuz hərbi təlimlərə başlayır

11.05.2015, 08:55
Ordumuz hərbi təlimlərə başlayır

Azərbaycan və Türkiyənin keçirəcəyi təlim Bakıda və Naxçıvanda olacaq

Azərbaycan və Türkiyə ordusu bu gündən hərbi təlimlərə başlayır. Anspress-in Türkiyə Baş Qərargah idarəsinin internet saytına istinadən verdiyi məlumata görə, 11 – 15 may tarixlərdə Naxıvanda və Bakıda baş tutacaq.

Hərbi təlimlər məqsədi, Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanın inmkişafı, qarşılıqlı məlumat və təcrübə mübadiləsi və birgə fəaliyyəti inkişaf etdirməkdir.

Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi təlimlərin Bakıda keçirilən bölümündə 1 piyada diviziyası, Naxçıvanda keçirilən bölümündə isə 1 Mexaniki Piyada Briqadası ilə iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol