Menu

Ərəblərin F-16 qırıcısı yoxa çıxdı

11.05.2015, 09:24
Ərəblərin F-16 qırıcısı yoxa çıxdı

Hadisə barədə ətraflı məlumat verilməsə də mövzu ilə araşdırılır

Səudiyyə Ərəbistanın rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı Mərakeşə aid F-16 qırıcısı itkin düşüb.

ANS PRESS-in məlumatına görə, Mərakeş hərbi hava donanması qırıcı təyyarənin itməsi barədə xəbəri təsdiq edib.

Hadisə barədə ətraflı məlumat verilməsə də mövzu ilə əlaqədar araşdırmaların davam etdiyi bildirilir.

Xatırladaqki, Yəmən prezidentinin dəvəti ilə martın 26-da koalisiya qüvvələri ölkədəki hərbi vəziyyətə müdaxilə etmişdilər.

Ötən gün isə Yəməndə mayın 12-də qüvvəyə minmək üzrə 5 günlük atəşkəs elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol