Menu

Kiyev Rusiyadan 350 milyard dollar tələb edir

11.05.2015, 09:37
Kiyev Rusiyadan 350 milyard dollar tələb edir

Rəsmi Kiyev hesab edir ki, Rusiya Donbasdakı dağıntılara görə Ukraynaya təzminat olaraq 350 milyard dollar ödəməlidir. Musavat.com-un məlumatına görə, bu barədə ölkənin iqtisadi inkişaf və ticarət nazirinin müavini Aleksandr Borovik “5-ci kanal”a müsahibəsində deyib.

“Hansısa mərhələdə Rusiya təzminat ödəməli olacaq. Biz indidən hesablamalı, harada mümkündür bunun lobbiçiliyini etməyə hazır olmalıyıq” – bildirib nazir müavini.

Borovik həmçinin, Ukraynanın itkilərini 1991-ci ildə İraqın təcavüzünə məruz qalan Küveytin tələbləri ilə müqayisə edib. “İtkilər təxminən eynidir” - əlavə edib o.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol