Menu

Polşa prezidentini seçə bilmədi

11.05.2015, 16:48
Polşa prezidentini seçə bilmədi

Polşada keçirilmiş prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “exit-poll”un nəticələrinə əsasən, müxalifətin namizədi Andjey Duda hazırkı prezident Bronislav Komorovskidən 2,6 faiz artıq səs toplayıb.

Belə ki, seçicilərin 34,8 faizi A. Dudaya, 32, 2 faiz isə B. Komorovskiyə səs verib.

Qeyd edək ki, Polşada prezident seçkilərinin ikinci turu mayın 24-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol