Milli Demokratiya İnstitutu (NDİ) Gürcüstanda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, sorğu nəticəsində məlum olub ki, rəyi soruşulanların 68%-i ölkənin Avropa Birliyinə üzvlüyünün tərəfdarıdır 15% isə öz mövqeyini dəqiqləşdirməyib.
Respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyir, 20% isə əleyhinədir, 14% - mövqeyini dəqiqləşdirməyib.
Maraqlıdır ki, ölkənin Avrasiya Birliyinə üzvlüyünün tərəfdarları da az deyil – 31%. Rəyi soruşulanların 41%-i isə bu məsələnin əleyhinədir, 27%-i dəqiq cavab verə bilməyib.
Sorğu martın 27-dən aprelin 19-dək, müxtəlif bölgələrdən olan 4360 nəfər arasında keçirilib.


Şərhlər