Şirkət nümayəndəliyi baş verən hadisəyə görə müştərilərindən üzr istəyib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “SkyWest Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Los-Anceles aeroportunda qəzalı eniş edib. Anspress-in məlumatına görə, göyərtəsində 40 sərnişin və 3 ekipaj üzvü olan təyyarə Los-Anceles şəhərinə Monterey şəhərindən uçurmuş.
Şassidəki nasazlıq səbəbilə məcburi eniş edən təyyarənin sərnişin və uçuş heyəti arasında xəsarət alanın olmadığı bildirilir.
Şirkət nümayəndəliyi baş verən hadisəyə görə müştərilərindən üzr istəyib.


Şərhlər