Lənkəran-Lerik yolunda yarana problem aradan qaldırılıb
Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolunda torpaq çöküb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən saat 17 radələrində yolun 29 və 30-cu kilometrliyində qeydə alınıb.
Məlumat daxil olan kimi dərhal hadisə yerinə 43 saylı Lerik rayon Yol İstismar Sahəsinin ağır texnikası və işçi qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yol təmizlənməklə nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, Lənkəran-Lerik yolunda intensiv olaraq torpaq çökməsi qeydə alınır.


Şərhlər