Menu

MKİ-nin keçmiş şefi Türkiyənin lobbiçiliyini edəcək

12.05.2015, 23:06
MKİ-nin keçmiş şefi Türkiyənin lobbiçiliyini edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq başçısı Porter Qoss qardaş Türkiyənin xeyrinə lobbiçilik fəaliyyəti ilə məşğul olacaq. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın Ədliyyə Nazirliyinin müvafiq xəbəri dərc etməsindən sonra bəlli olub.

Məlumdur ki, kiçik Corc Buşun prezidentliyi dönəmində, hələ MKİ şefi olarkən o, Türkiyə hökuməti ilə sıx əlaqələrə malik olub. Mənbənin bildirdiyinə görə, bundan sonra Qoss Türkiyə-ABŞ əlaqələrinin ticarət, energetik təhlükəsizlik, antirerror fəaliyyəti və regional təhlükəsizliyin təmin edilməsi sahələrində möhkəmləndirməyə çalışacaq.

Mənbə onu da qeyd edir ki, sabiq MKİ rəhbəri Türkiyə üçün böyük əhəmiyyət daşıyan məsələlərlə bağlı Konqres üzvləri və Prezident Administrasiya ilə işləyəcək. Onun funksiyasına həmçinin, Konqresdə və ya ölkənin hansısa icraedici orqanında Türkiyə ilə bağlı hansısa mühüm fəaliyyət başlayanda bu barədə Ankaranı məlumatlandırmaq daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol