Menu

"Ukraynanın qeyri-qanuni ilhaqı qəbuledilməzdir" - Davudoğlu

13.05.2015, 15:19
"Ukraynanın qeyri-qanuni ilhaqı qəbuledilməzdir" - Davudoğlu

Ukraynanın Rusiya tərəfindən qeyri-qanuni ilhaqı qəbuledilməzdir. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Antalyada keçirilən iclasındakı çıxışında bildirib: “Ukraynadakı böhran Avropada təhlükəsizlik səviyyəsinin nə qədər zəif olduğunu göstərdi.”

Çıxışında terrorizmlə mübarizə məsələsinə də toxunan Ə.Davudoğlu ölkələrin terrora qarşı birlikdə hərəkət etməyinin əhəmiyyətindən danışıb: "Terrorun dini yoxdur. İŞİD təhlükəsi ilə birlikdə mübarizə aparmalıyıq.

Bütün Avropa Birliyi bu mübarizəyə daxil olmalıdır. Şəffaf şəkildə çalışmalıyıq. Yalnız bu şəkildə təşkilatlarımız arasında bərabərlik olar."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol