Menu

Hüsnü Mübarək azadlığa buraxıldı

13.05.2015, 18:20
Hüsnü Mübarək azadlığa buraxıldı

Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib: "Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı. Onun azadlığa çıxamsına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır".

Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. İstintaq materiallarına əsasən, onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol