Menu

SAXLANILAN İŞ ADAMLARINDAN 14-ü BURAXILDI - Borclarını ödəyiblər

14.05.2015, 14:04
SAXLANILAN İŞ ADAMLARINDAN 14-ü BURAXILDI - Borclarını ödəyiblər

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər azadlığa buraxılıb.

Bu haqda lent.az məlumat yayıb. Xəbərdə bildirilir ki, onların azad edilməsinə səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub.

Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, geri qaytarmayıblar. Yaranmış kredit borcları faizləri ilə birlikdə bir neçə milyard dollara yaxın vəsaitə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol