Menu

Tailandda qul düşərgəsi aşkarlanıb

15.05.2015, 01:37
Tailandda qul düşərgəsi aşkarlanıb

Polisin məlumatına görə, aşkar edilmiş düşərgədə insan alverçiləri təxminən, 200 nəfər qeyri-leqal miqrant saxlayıb, onları Malayziyada satışa hazırlayırmışlar.

Tailandın cənubunda, Sonqqkhal əyalətində qul alverçiləri tərəfindən istifadə olunan düşərgələrin birində polislər üç nəfərin (rohincə milliyətinə aid olduğu ehtimal edilir) cəsədini eksqumasiya ediblər. «Thai PBS» telekanalına istinadla, bu xəbəri Rusiya KİV-i yayıb («TASS»).

Aşkarlanmış düşərgə boş olub. O, cəngəlliklər içərisində «gizlədilib» və Malayziya ilə sərhədin cəmi bir neçə yüz metrliyində yerləşir. Polisin məlumatına görə, təxminən 10 gün bundan əvvələ qədər insan alverçiləri burada 200 nəfərə qədər qeyri-leqal rohincə miqrantı ( Rohincə - Myanmada yaşayan xalq, etnik və linqvistik baxımdan Myanmanın digər xalqlarındən fərqli olaraq, Hindistan və Banqladeş xalqları «ilə qohumdur», müsəlmandırlar. Rohincələrin yaşadığı ərazi Birmaya 1700-cü ildə birləşdirilib - red.) saxlayıblar. Burada onları Malayziya ərazilərində satışa çıxarmaq üçün hazırlayırmışlar.

Xəbər verilir ki, Tailandın cənubunda ilk kütləvi qaçqın məzarlığı mayın 1-də aşkar olunub. Burada dəfn olunmuş cəsədlərin sayı 35-ə çatıb.

Polisin keçirdiyi xüsusi çəməliyyat tədbirləri zamanı Sonqqkhal və Satun əyalətlərində qaçqınlar və qul alverçiləri tərəfindən tərk olunmuş 20 düşərgə aşkar edilib. Onların ən böyüyü 1000 nəfərin saxlanmasına hesablanıb.

Polislər 250 rohincəni cinayətkarların əlindən xilas edə biliblər. Hüquq-mühafizə orqanlarının fikrincə, hələ də cəngəlliklər içərisində yüzlərlə qaçqın gizlədilir.

Artıq Tailandda insan alverində şübhəli bilinən 25 nəfər həbs olunub, 36 nəfər isə axtarışdadır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol