Bu il mayın 7-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir qadın alverçisinin şəxsiyyəti müəyyənləşdirilib. Lent.az-ın idarəyə istinadən məlumatına görə, Azərbaycan vətəndaşı, 1985-ci il təvəllüdlü Bayramzadə Aysel Şükür qızının qadınları cinsi istismar məqsədilə İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər