Menu

Qadın terrorçu Volqoqrad vağzalını partlatdı: 18 nəfər ölüb - VİDEO

29.12.2013, 14:28
Qadın terrorçu Volqoqrad vağzalını partlatdı: 18 nəfər ölüb - VİDEO

Bu gün Rusiyanın Volqoqrad şəhərinin dəmiryol vağzalında partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu RF-nin Milli Antiterror Mərkəzi açıqlayıb. Yaralıların sayı 40-dan çoxdur. Terror aksiyasını qadın kamikadzenin törətdiyi bildirilir.

Hazırda hadisə yerində polis əməkdaşları çalışır, partlayışın səbəbləri arasdırılır.

Daha sonra məlumatı DİN-in vilayət Baş idarəsinin nümayəndəsi Svetlana Smolyaninova təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol