Menu

Bakıda ilk 50 mərtəbəli göydələnə icazə verildi - FOTO

15.05.2015, 12:00
Bakıda ilk 50 mərtəbəli göydələnə icazə verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti “Azinko Holding” MMC-yə və “Azvil Tikinti” MMC-yə Bakıda yeni biznes mərkəzi tikməyə icazə verib.

Layihənin icrası üçün paytaxtın Heydər Əliyev prospekti, 109 ünvanında 1 hektar sahə ayrılıb. Bina 50 mərtəbədən ibarət, 3 min m2 sahəyə malik olacaq. Bununla da, biznes mərkəzi hündürlüyünə görə Bakının hazırda ən yüksək binası olan “Flame Towers” (“Alov qüllələri”) kompleksini geridə qoyacaq.

39 mərtəbəli bu kompleksi 2007-2012-ci illərdə Azərbaycan-Türkiyə birgə müəssisəsi - “DİA Holding” şirkəti keçmiş “Moskva” mehmanxanasının yerində inşa edib. Obyekt “Azinko Holding” MMC-nin sifarişi ilə tikilib.

Xatırladaq ki, ötən ilin Mayında Holdinqin Baş direktoru Akif Həsənov “Marja”ya bildirmişdi ki, “Azinko Holdinq” şirkəti Bakıda 50 mərtəbəli göydələnin tikintisinə başlayıb.

Holdinqin Baş direktoru qeyd emişdi ki, “Baku Tower” adının verildiyi göydələn yaşayış binası və iş mərkəzi kimi istifadə olunacaqdır. Göydələn Heydər Əliyev prospektində, “Şəfa” stadionu ilə üzbəüz ərazidə inşa olunur.

Akif Həsənov bildirib ki, “Baku Tower” Azərbaycanın ilk 50 mərtəbəli binası olacaqdır.

“Təxminən iki aydır tikinti işlərinə başlamışıq. Binanı 2015-ci ildə istifadəyə verməyi planlaşdırırıq. İnsanlar bu binada həm işləyə, həm də yaşaya biləcəklər”.

Holdinqin Baş direktoru bildirib ki, Heydər Əliyev prospektində, Dövlət Neft Fondunun yeni binası ilə üzbəüz ərazidə digər 32 mərtəbəli iş mərkəzinin tikintisi də sürətlə aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol