Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri, “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğlu Adil Hüseynov Bakıda saxlanılıb.
Adil Hüseynovun vəkili Kamandar Nəsibov faktı İnterpress.az-a təsdiqləyib.
Vəkil bildirib ki, Adil Hüseynov artıq 2 gündür ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“bandotdel”)də saxlanılır: “Adil Hüseynovu qanunsuz olaraq 2 gündür ki, orda saxlayırlar. Vəkili olaraq mənim onunla görüş haqqım var, ancaq görüşə imkan verilmir. Mənzilində axtarış aparanda mənə xanımı zəng etdi. Mən gedəndə artıq axtarış başlamışdı. Mənzildən qızıl zinət əşyaları və sənədlər götürülüb. Bununla bağlı baş prokurora, “bandotdel”in rəisinə mütaciət etmişəm”.


Şərhlər