Menu

Çevriliş cəhdinin liderləri həbs edildi

15.05.2015, 13:51
Çevriliş cəhdinin liderləri həbs edildi

Burundi prezidenti Pierre Nkurunzizaya qarşı uğursuz çevriliş cəhdi etmiş üç general həbs edilib.

Lakin çevrilişə rəhbərlik edənlərdən General Godefroid Niyombare “hələ də gizlənir”, prezident sözçüsü bildirib.

Bundan əvvəl General Niyombare AFP xəbər agentliyinə bildirmişdi ki, o və tərəfdarları təslim olmağa hazırlaşır: “Ümid edirəm ki, bizi öldürməyəcəklər,” o bildirmişdi.

Prezident Nkurunziza deyir ki, artıq o Burundiyə geri qayıdıb və vətəndaşların qarşısında çıxış etməyə hazırlaşır.

Cənab Nkurunzizanın üçüncü müddətə prezidentliyə namizədliyinə qarşı yönəlmiş çevriliş cəhdi, onun Tanzaniyada olduğu vaxt baş qaldırmışdı.

Cümə axşamı paytaxt Bujumburada baş vermiş toqquşmalar nəticəsində beş əsgər həlak olub.

Tərəf dəyişdirmiş general və sabiq müdafiə naziri General Cyrille Ndayirukiye cümə günü həbs edilmiş liderlərdən biridir, prezidentin sözçüsü Gervais Abayeho BBC Dünya Xidmətinə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol