ABŞ-ın vitse prezidenti Cozef Bayden İraqın baş naziri əl-Abadini “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün ABŞ silahlarının çatdırılmasının sürətləndiriləcəyi barədə əmin olmağa çağırıb. SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə dünən Ağ Evin mətbuat xidmətindən məlumat yayılıb.
“Vitse prezident baş naziri ABŞ tərəfindən İŞİD-ə qarşı mübarizənin davam etdiriləcəyi və bu istiqamətdə İraqa fəal dəstəyin veriləcəyi yönündə əmin edir, bu həmçinin, İraqa ağır silahların çatdırılmasına da şamildir”, - Ağ Evin rəsmi açıqlamasında deyilir.
Hərbi yardıma nəqliyyat vasitələrində quraşdırılan, kustar üsulla hazırlanan partlayıcı qurğulara qarşı "AT-4" tankəleyhinə əl qumbaraatanları, geyim və İraq ordusunun təchizatı üçün digər avadanlıq və məhsullar daxil edilir.
Bayden və əl-Abadi İŞİD-lə mübarizədə yerli qəbilə döyüşçülərinin səylərinin İraqın hərbi komandanlığı ilə əlaqələndirilməsi üçün tez bir zamanda səfərbərliyinin zəruriliyi barədə razılıqlarını ifadə ediblər.

Şərhlər