“Amerikanın güclü ordusu var, Suriyaya ordu göndərib, qısa bir zaman ərzində Bəşər Əsəd rejimini devirə və müxalifətin tərəfində dura bilərik, amma bundan sonra nə baş verəcək? Bəs bölgəni parçalamaqda olan məzhəbçilik problemləri necə olacaq? Suriya münaqişəsinin həlli hərbi yolla olmayacaq.” SalamNews–un "al-Arabiya"-ya istinadla verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama telekanala verdiyi müsahibədə deyib.
Xatırladaq ki, Barak Obamadan öncə bir çox ABŞ rəsmiləri də Suriya münaqişəsinin həllinin hərbi yolla mümkünsüzlüyünü etiraf ediblər. Hətta, ABŞ dövlət katibi Con Kerri də çıxışlarının birində “sonda Bəşər Əsədlə danışıqlara getməli olacağıq” fikrini ifadə etmişdi.
Lakin, Suriya hökumətinin anti-İsrail cəbhəsində yer alması, digər tərəfdən körfəzdəki ərəb ölkələrinin bəzi iqtisadi və enerji faktorları vasitəsi ilə ABŞ-a təzyiq göstərməsi rəsmi Vaşinqtonu Suriya “müxalifəti”nə hərbi təlimlər keçməyə və onları müəyyən miqdarda silahlandırmağa vadar edib.


Şərhlər