Menu

Azərbaycanda maşın alanların sayı xeyli azalıb

16.05.2015, 13:35
Azərbaycanda maşın alanların sayı xeyli azalıb

Bu ilin 4 ayında Azərbaycana 12 890 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 13 842 ədəd azdır.

Deyilən dövrdə xaricdən 11 740 ədəd minik avtomobili alınıb. Bu, 2014-cü ilin eyni dövründəkindən 12 153 ədəd azdır.

Ekspertlər idxal edilən avtomobillərin sayının azalmasını ilin əvvəlindən idxala aksiz dərəcəsinin artırılması, eləcə də sosial-iqtisadi vəziyyətlə bağlayırlar.

İlin əvvəlindən 393 avtobus, 645 yük avtomobili, 112 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.(Turan)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol