Rusiya ilə Latviya arasında yeni siyasi gərginlik başlayıb. Anspress-in məlumatına görə, Rusiya Riqadakı səfirliyi vasitəsilə Latviyanın Xarici İşlər Nazirliyinə nota göndərib. Buna səbəb Riqanın mərkəzində xaç üstündə çarmıxa çəkilmiş insan dekorasiyasının quraşdırılması səbəb olub.
Səfirliyin bəyanatında deyilir: "Bu fakt ekstremal hiddətdən və nifrətdən başqa heç nə doğurmur. Avropa Şurasına sədrlik edən ölkənin paytaxtında fitnəkar "incəsənətin" yaranmasını yolverilməz hesab edirik. Səfirlik uyğun olan notanı Latviya Respublikasının Xarici İşlər Nazirliyinə göndərdi. Bu hadisəyə rəsmi Riqanın reaksiyasını gözləyirik."
Latviyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İvar Lasis bildirib ki, bu məsələyə sənətşünaslar baxmalıdırlar. Çünki, bu qurma mədəniyyətin obyektidir.


Şərhlər