Menu

Müdafiə Nazirliyi iddiaları təkzib etdi - Video

16.05.2015, 18:42

mn Defense_Ministry_Mudafie_Nazirliyi_albomTacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimləri keçirilir. Anspress-in məlumatına görə, "Lifenews.ru" xəbər portalında yerləşdirilən məlumatda bildirilir ki, hərbi təlimlərdə Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edirlər.

Yayılan xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin anspress-ə eksklüziv açıqlamasında bildirilir ki, Tacikistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimlərində guya Azərbaycanın hərbi kontingentinin iştirak etməsi barədə Rusiyanın lifenews.ru elekton informasiya portalının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, lifenews.ru elekton informasiya portalının sahibi erməni Aram Qabrelyanovdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol