ABŞ Donbasla bağlı Minsk anlaşmasının tam şəkildə reallaşmasında maraqlıdır. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ukraynaya səfərinin yekunları ilə bağlı söyləyib.
“Ukraynaya səfər zamanı bizim əsas mesajımız o oldu ki, Birləşmiş Ştatlar təhlükəsizlik, siyasi aspektlər və humanitar kömək baxımından prosesə daha dərindən cəlb olunmağa hazırdır” – deyib Nuland.
ABŞ rəsmisi Kiyevin islahatlar məsələsində inadlı səylər göstərdiyini də məmnunluqla qeyd edib. “Mən Ukraynadan optimizm hissələri qayıdıram, çünki görürəm ki, siz bu çətin zamanlarda çox inadla islahatlar yönündə, demokratik, yeni və təmiz Ukrayna uğrunda çalışırsınız” - əlavə edib Dövlət Departamentinin yetkilsi.


Şərhlər