Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları iş adamı Hacı İbrahim Nehrəmlini yenə də saxlayıblar.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, nehrəmli oliqarx dünəndən etibarən “Bandotel”in təcridxanasında saxlanılır.
Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək.
Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”ə aparılmışdı. Oliqarx oradan çıxandan sonra 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.
Bəzi məlumatlara görə isə, Hacı İbrahimBeynəlxalq Bankdan mifik "Xəzər adaları" layhəsini rallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 850 milyon dollar götürüb. Ümumilikdə Hacının kredit borclarının məbləğinin 1 milyard dollara yaxındır. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib. Özü də Beynəlxalq Banka ödəyəcəyi kreditlə yanaşı, başqa kreditlərinin olduğunu da etiraf edib.
Hansı ki, mifik bir layihə adı ilə alıb xərcləyib.Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə…
V.Nəsibov
Azpolitika.info


Şərhlər