Menu

Praqada azərbaycanlı milyonçunun oğlu tutuldu - FOTO

16.05.2015, 21:26
Praqada azərbaycanlı milyonçunun oğlu  tutuldu - FOTO

Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki "Wenceslas" meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi "Ferrari" markalı avtomobilini saxlayıb.Bu da bildirilir ki, polis maşını saxlayanda sürücünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.

Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.

Yoxlama zamanı sürücünün içkili olduğu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş. Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.

"Azadlıq" radiosu 22 yaşlı sürücünün kimliyini dəqiqləşdirməyə çalışır."Ferrari"nin bu modeli 150-170 min dollar civarındadır.

Qeyd edək ki, Çexiyada tanınmış azərbaycanlıların mülkləri var. Bu mülklər haqda bir neçə il əvvəl "Azadlıq"da geniş araşdırma çap edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol