Menu

Pentaqon kosmosda müharibəyə hazırlaşır

17.05.2015, 00:39
Pentaqon kosmosda müharibəyə hazırlaşır

Münaqişələr Yerdən kosmosa keçə bilər!

ABŞ-ın hərbi hava qüvvələri (HHQ) naziri Debora Li Ceyms bəyan edib ki, ABŞ Yerdən kosmova keçə biləcək potensial münaqişələrə hazırlıq görür. Bu zaman, əsas potensial təhlükə (qorxu) mənbəyi kimi Ceyms Rusiyanın və Çinin adını çəkib (RİA Novosti).

«Business» xəbər verir ki, Rusiya və Çinlə yarana biləcək potensial münaqişə Amerika hərbi hava qüvvələrini kosmosda müdafiə və hücum sistemlərinin yaradılması məqsədilə 5 milyard dollar vəsait ayırmağa vadar edib. Bu sistemlər münaqişənin Yerdən kosmosa keçəcəyi hallar üçün nəzərdə tutulur.

Amerika HHQ-nin belə narahatlığına səbəb kimi Rusiyanın kosmosa 3 telekommunikasiya peyki və kosmik aparat göndərməsi irəli çəkilir. Bu qurğular kosmosda daha hündür orbitdən daha aşağı orbitə keçmək, həmçinin kosmosdakı digər obyektlərə yaxınlaşmaq qabiliyyətinə malikdirlər. Bu barədə Ceyms deyib: «Bu cani-peyklər digər orbital aparatların əsas sistemlərini demontaj edə, onlarda partlayıcı maddə yerləşdirə və ya hətta kamikadze sayaq tarana gedə bilir...».

Bundan başqa, Çində yeni peyk əleyhinə raketlər testləşdirilir. Belə raketin köməyi ilə Çin 2007-ci ildə sıradan çıxmış öz peykini məhv edib. Ceymsin sözlərinə görə, Vaşinqton bütün bunları həyacan içində izləyir: «Biz hazır olşmalıyıq. Biz nə vaxtsa Yerdən kosmosa keçə biləcək münaqişələrə hazır olmalıyıq...» - deyə, Ceyms sözlərinə əlavə edib.

ABŞ HHQ kosmik komandanlığının başçısı general Con Hayten isə deyib ki, belə potensial təhlükələr barədə prezidentə məruzə olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol