Rusiya KİV-nin yaydığı məlumata görə, şənbə günü ABŞ dövlət katibi Con Kerri ilə görüşün yekunlarından danışan Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bəyan edib ki, Pekin və Vaşinqton ABŞ ikitərəfli investisiya razılaşması üzrə birgə işləri sürətləndirməlidir («TASS»).
Nazir deyib: «ÇXR və ABŞ ikitərəfli investisiya razılaşmaları üzrə işlərin sürətləndirilməsi üçün birgə səylər göstərməlidir...»
Van İ eyni zamanda, Vaşinqtonu yüksək texnologiya məhsullarının ixracı üzərindəki mövcud məhdudiyyəti yumşaltmağa çağırıb.
Cari ilin martında ÇXR-nın kommernsiya naziri Qao Xuçen bəyan etmişdi ki, Çin və ABŞ ümumilikdə, ikitərəfli investisiya razılaşması sənədinin mətni üzərində razılaşma əldə edib. Nazirin sözlərinə görə, bu il tərəflər mövcud investisiya məhdudiyyətlərinin əks olunduğu siyahını mübadilə etməlidir.
AzPolitika.info


Şərhlər