Menu

"Barselona" çempion oldu (VİDEO)

18.05.2015, 01:23
"Barselona" çempion oldu (VİDEO)

İspaniya La Liqasında XXXVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun bütün oyunları eyni gündə və eyni saatda başlayıb.

Çempionluq yolunda həlledici olan bu tur həm də Kataloniya – Madrid qarşıdurması kimi diqqət çəkib.

Paytaxtada "Atletiko"nun qonağı olan "Barselona" minimal hesabla qalib gələrək çempionluğunu rəsmiləşdirib.

“Real” isə Kataloniyada “Espanyol”la qarşılaşıb. Bir gözü Madriddə "Atletiko" - "Barselona" matçında olan "kral klubu" öz oyununda qalib gəlsə də çempionluq şansını son tura daşıya bilməyib. Ronaldonun het-trik etdiyi oyunda madridlilər 3:1 hesabı ilə qələbə qazansalar da, yekunda ikinciliklə kifayətləniblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol