REAL Hərəkatının sədri İlqar Məmmədov mayın 18-i səhər saatlarında cərimə kamerası - «karser»dən çıxarılıb.
Bu barədə REAL təmsilçisi Natiq Cəfərli öz «facebook» səhifəsində yazır.
«Bu işdə əməyi keçən, məsələyə anında reaksiya verən Ombudsman Aparatına, şəxsən Elmira xanıma təşəkkür edirəm. İşçı qrupunun bəzi üzvləri də bu məsələ ilə ciddi məşğul olublar, onlara da təşəkkürümü bildirirəm. İlqar bəylə telefonla danışdıq, hər şey qaydasındadır, gümrahdır, narahat olan bütün dostlara salamlarını çatdırdı» – deyə Natiq Cəfərli qeyd edib.
İlqar Məmmədov mayın 14-də 7 sutkalıq cərimə kamerasına salınmışdı. Mayın 15-də 2 saylı cəzaçəkmə müəssisəsinə gedən vəkili Fuad Ağayevə bunun səbəbi izah edilməmişdi.


Şərhlər