Menu

PKK siyasi qoluna hücum etdi

18.05.2015, 16:34
PKK siyasi qoluna hücum etdi

Terror qruplaşması Türkiyə parlamentinə daxil olmaq istəyir

Türkiyənin aparıcı müxalifət partiyalarından olan Xalqların Demokratik Partiyasının (HDP) vilayət şöbələrinin binalarına hücum olub. Anspress-in məlumatına görə, hadisə HDP-nin Adana və Mersin vilayətlərinin şöbələrində baş verib. Partlayış zamanı binalara zərər dəyib.

Adanada baş vermiş partlayış nəticəsində 3 nəfər yaralanıb. Adanada partlayış yük bağlamasının, Mersində isə ofisə göndərilən çiçəyin partlaması nəticəsində baş verib.

Adanada partlayış Seyhan bölgəsinin başçısı Hüseyn Bəyazın adına gələn yükün açılması zamanı baş verib. Ofisin arakəsmə divarları dağılıb. Mersində isə ofisə gətirilən çiçəyin kimə çatdırılması bilinmədiyinə görə, saxsı dibçək səkiyə atılıb və bu zaman bomba partlayıb.

PKK-nın sivil qanadı kimi tanınan HDP iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi fəallıq göstərir və sorğulara görə, 11% tərəfdara malikdir. İlk dəfədir ki, partiyanın 10 faizlik seçki limitini keçəcəyi düşünülür. Bu, PKK-ya düşmən olan milliyyətçi düşərgəni qıcıqlandıra bilər. Ekspertlərin ilkin ehtimalına görə hadisə HDP-nin reytinqini qaldırmaq istəyən PKK tərəfindən də edilə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol