Menu

Duma Nemtsovun qətlini araşdırmaqdan imtina etdi

18.05.2015, 17:59
Duma Nemtsovun qətlini araşdırmaqdan imtina etdi

Rusiya Dövlət Duması müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı parlament təhqiqatı aparmaqdan imtina edib. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə müvafiq xahişlə spiker Sergey Narışkınə müraciət ünvanlamış müxalifyönlü deputat Dmitri Qudkov özünün facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, imtina belə əsaslandırılıb ki, “parlament təhqiqatının predmeti cinayətin törədilməsində konkret şəxslərin günahının müəyyən edilməsi ola bilməz”.

“Rus dilinə tərcümədə imtina bu deməkdir: “Siz yalnız o həqiqəti biləcəksiniz ki, onu bizə danışmağa icazə verəcəklər”.

Xatırladaq ki, az öncə Qudkov Dumada mərhum siyasətçinin xatirəsini bir dəqiqəlik sükutla yad eləmək təşəbbüsü ilə çıxış eləmişdi. Lakin spiker təklifi səsə qoymaqdan imtina eləmişdi. Nəticədə təkcə Qudkov sayğı duruşuna qalxmışdı.

Qudkovun Moskvada Nemtsovun xatirəsini əbədiləşdirmək təklifini isə paytaxt meriyası rədd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol