Menu

BVF Rusiyanı islahatlara çağırdı

19.05.2015, 08:42
BVF Rusiyanı islahatlara çağırdı

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Rusiya iqtisadiyyatının ciddi islahatlara ehtiyacı var. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini Min Çju Rusiyanın ABŞ-dakı səfirliyində keçirilən konfransda çıxış edib.

“Hər bir BRİKS ölkəsi üçün bizim özəl tövsiyələrimiz var. Belə ki, biz Rusiyanı iqtisadi islahatlar həyata keçirməyə çağırırıq”, deyə Min Çju bildirib.

Qeyd olunur ki, tövsiyələr əsasən Rusiya iqtisadiyyatının enerji sektoruna aiddir. BRİKS ölkələri dedikdə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respulikası nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol