Qondarma Donetsk Xalq Respublikasının (DXR) döyüşçüləri Ukrayna ordusunun Donetsk şəhərinin şimal bölgəsinin atəşə tutulduğunu deyirlər. Anspress-in məlumatına görə, bu barədə "Ria Novosti" agentliyi qondarma respublikanın müdafiə nazirliyinə istinadən xəbər verir.
“Hazırda Oktyabrski şaxta qəzəsəbəsi və Donetsk aeraportu atəşə tutulur. Atəşlər Opıtnoe yaşayış məskənindən gəlir. Qüvvələr tank və 82 eləcədə 120 millimetr kalibrlik minaatanlardan istifadə edirlər”- deyə qurumdan bildiriblər.
Qeyd edək ki, bundan əvvəl birgə idarəetmə və koordinasiya mərkəzindən bildirmişdilər ki, Donetsk aeraportu tərəfində hər iki tərəfdən atəşkəs pozulub. Eləcədə mərkəz Oktyabrski qəsəbəsində şəxsi sektora aid yaşayış evlərində dağıntılar qeydə alıblar.


Şərhlər