Menu

Cəbhədə qızğın atışma

19.05.2015, 12:09
Cəbhədə qızğın atışma

Ermənilər sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub

Hərb Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qiyaməddinli, Sarıcalı, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol