Menu

HÖKUMƏT PENOPLAST ÜZLÜKLƏRİ SÖKMƏYƏ BAŞLADI - (Özəl) - Fotolar

19.05.2015, 21:55
HÖKUMƏT PENOPLAST ÜZLÜKLƏRİ SÖKMƏYƏ BAŞLADI - (Özəl) - Fotolar

Böyük faciəyə səbəb olan Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yangın, nəhayət ki, hökuməti yerindən tərpədib. Belə ki, "AzPolitika.info"nun məlumatına görə, yanğının baş verməsinə səbəb olan binaların fasadına vurulmuş polistrol, penoplast və ya poliuretan üzlüklərin sökülməsinə başlanılıb. Bu saatlarda Xətai rayonu, Zığ şosesi küçəsi ətrafındakı binalarda söküntü işlərinə başlanılıb.

Sakinlərə verilən məlumata görə, penoplast və ya poliuretan üzlüklər sökülərək, yerinə aqlay daşları vurilacaq.

Qeyd edək ki, hazırda Bakıda 800-ə yaxın binanın fasadına polistrol, penoplast və ya poliuretan üzlüklərin vurulduğu bildirilir. Yangından sonra onların hamısının sökülcəyinə dair məlumat yayılmışdı. Ancaq bunun Birinci Avropa Oyunlarından sonra həyata keçiriləcəyi gözlənilirdi.

Ancaq görünür baş vermiş faciədən sonra paytaxt sakinlərinin etirazının artması, insanların üzlükləri dağıtmağa başlaması və mümkün təxribat etimalları hökuməti dərhal hərəkətə keçməyə vadar edib. Hər halda gec də olsa, bu addımın atılması müsbət qarşılanmalıdır. Necə deyərlər, ziyanın yarısındad da qayıtmaq xeyirdir.

Vaqif

AzPolitika.info


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol